Monday, April 14, 2014
QƏLBİMDƏKİ SƏN.
Masmavi dənizin qırçın ləpələrinə qarışıb xəyallarım. Dalğalar bir-birini
qovaraq, sanki harasa tələsir. Bəyaz qağayılar uçuşur sahildə. Dənizi çox
sevirəm. Saatlarla dayanıb mavi dalğaların sahilə necə can atdığını seyr
etməkdən doymaram. Həzin küləkli sahildə yenə SƏNLİ düşüncələr sarıb
dörd bir yanımı. Hər an xəyallarımda, arzularımdasan. Düşüncələr qəlbimizin,
ağlımızın bəzən huzur yeri, bəzən kədər yükü, bəzən də sevinc adlı nəğməsidi.
Çox vaxt sükuta dalar insan, susar saatlarla. Amma... Amma hayqıraraq danışar
qəlbiylə. Nəğmələrin ahəngində yox olar duyğularımız. Özümüzə yolçuluğumuz və
ruhumuzun rahatlığı, məhz səssizliyimizdir.
Şirin xəyallarımdan qopan bir damla dalğalara qərq olub. Qəlbinlə dinlə,
onun səsini:-"Mavi dənizin sahilində sevgimizin nurlu sabahlarına birgə
yola çıxaq. Bəyaz qağayıların ləpələrə qarışan sevgi nəğməsini birlikdə
dinləyək. Həzin küləklər olsun şahidimiz. Və gözlərinə baxaraq
SEVDİYİMİ söyləyim!..
YAQUT HÜSEYNOVA
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment