( Cəlil Məmmdəquluzadə “ Sizi deyib, gəlmişəm... “ )
BİZİ deyib,
gəldi... Nə yoruldu, nə dayandı, nə də bezdi gəldiyi yolların daş-kəsəyindən.
BİZİM üçün yola çıxdı. Birlikdə addımlayan silahdaşları çox az, barmaqla
sayılası qədər olsa da yoluna dayanmadan davam etdi, əsrləri adladı. Hədəflərinə
doğru gördüyü və söylədiyi həqiqətlərin işığında inamla irəlilədi. BEYNLƏRƏ
vurulan tikanlı məftilləri sökdü çözümləriylə, lal olan QƏLBLƏRİN, mürgüləyən
QEYRƏTLƏRİN susqunluğunu yox etməyə çalışdı tənqidləriylə, kəskin ifşasıyla.
Əsarətdə çırpınan MİLLİ RUHUN qandallarını qırdı mücadilələriylə...
BİZİ deyib gəldi... Özümüzə qaytarmaq üçün
kimliyimizi. BİZİ deyib gəldi... Zamanla sahib çıxmadığımız itirdiklərimizin dəyərini
anlatmaq üçün. Gözlərimiz açıq olsa da, yatan vicdanımızı zamanın , tarixin
vurduğu sillələrlə oyatmağa çalışdı. Fəqət, oyandıqmı ?! Əsla, YOX ! Hələ də
yarı mürgülüdü RUHUMUZ !!!
BİZİ deyib gəldi... Etdiyimiz səhvləri təkraralama
nidasıyla. Təkraralanan biganəlik və yalnışlarımızla bölüm-bölüm, didim-didim
kiçilən, parçalanan torpağın bütövlüyünü vicdanalara köçürmək üçün.
BİZİ deyib gəldi... Zatı qırıqlara “ kim “, daha doğrusu nə olduğunu xatırlatmaq üçün. “ Bir kərə yüksələn bayraq, bir daha enməz “ ucalığıyla məmləkətimizin varlığını bütün dünyaya bəyan edən M.Ə.Rəsulzadə ölməzliyini təhqir edən vicdanı kəmləri ayaq səslərinin nifrətində əzmək üçün ! Özünə sahib çıxa bilməyənlərin üç rəngli bayrağımızın istiqlaliyyət şərəfiylə ruhumuza köçürən M.Ə.Rəsulzadəyə uzatdığı dili kökündən qopartmaq üçün gəldi...
BİZİ deyib gəldi... Bir zamanlar cəhənnəmə
çevirdiyimiz, əlimizdən gedən cənnəti yadımıza salmaq üçün. Bəli, cəhənnəmə
çevirdiyimiz cənnətin hesabını sormaq üçün. F.Rixter yazırdı:-“Yaddaş bizi heç
kəsin qova bilməyəcəyi yeganə cənnətdir . “ Təəssüf ki, bu cənnəti özümüz məhv
etdik. Bizi başqası yox, məhz ÖZÜMÜZ qovduq! İndi biganəliyimizlə cəhənnəmə
çevirdiklərimiz mənfur düşmənlərimizin bütün dünyaya car çəkdiyi, hətta həqiqətləri
kimi qəbul etdirdikləri cənnətinə dönüb. Xəlil Rza Ulutürkün bir şeirində
deyildiyi kimi:
Bu dünyada otun, suyun,
Torpağın da yaddaşı var.
Sındırılmış bir budağın,
Söndürülmüş ocağın da yaddaşı var.
YADDAŞLI YADDAŞSIZA DÖNDÜK ! Yaddaşımızı pərən-pərən
edib ayaqlarımız altına tökülən daşlara çevirdik. Bununla bitmədi cinayətimiz.
Getdiyimiz yollara ələdiyimiz bu daşlar ayağımızı əzməsin deyə, şəxsi mənafelərə
dəyişdik ümummilli dəyərləri. Zaman su kimi axıb keçdi. Özümüzə qarışdı
başımız. Ayılanda isə çox gec oldu. Çünki, YAD DAŞLARA çevidiyimiz YADDAŞIMIZ
başqalarının həqiqəti kimi tanınan QƏSRLƏRİN TƏMƏLİ oldu!
YAQUT
HÜSEYNOVA
No comments:
Post a Comment