Friday, December 18, 2015

" ŞƏHİD "

  

   Şəhid Cəfərzadə Rəşad Əlyar oğlunun ( 17 dekabr 2015-ci ildə şəhid olub ) cəmi dörd ayı qalmışdı hərbi xidmətini başa vurmağa. Bir bacı, bir qardaş idi, hər iki valideyni dünyasını dəyişib. Qısa ömründə əvvəlcə köçkünlüyün, sonra da valideyn itkisinin yükünü daşıdı çiyinlərində. ŞƏHİDLİKLƏ isə nöqtələndi Rəşadın ömrü. ALLAH rəhmət eləsin, AMİN !



Cənazən yadların çiynində getdi,

Anasız-atasız köçən ŞƏHİDİM !

Gedişin bacını tək-tənha etdi,

Anasız-atasız köçən ŞƏHİDİM !



Sayılı günlərin bitmədi sənin,

Valideyn yanında qazıldı qəbrin,

Kimsəsiz gedənin ağrısı dərin,

Anasız-atasız köçən ŞƏHİDİM !



                                               
                                                                 YAQUT HÜSEYNOVA 







No comments:

Post a Comment