Orta əsrlər tarixində illər öncə oxuduğum bir məqamı
xatırlamaq istəyirəm. Ölkələrin birində (təəssüf ki, hansı ölkə olduğuin
unutmuşam) nə zaman müharibə olurdusa, dövlətin elm və mədəniyyət sahibləri
müharibədən uzaqlaşdırılaraq, xüsusi mühafizə olunan məkanda yerləşdirilirdi
ki, silahların amansızlığında məhv olmasın. Bunu əbəs yerə yazıma ilk cümlələr
etmədim. Çünki işıqlı sabahlar, məhz elm və mədəniyət adamlarının açdığı
cığırlarda qurulur. Məhəmməd Hadi isə deyirdi :-“ Doğulduğum torpaq mənə
yadi-VƏTƏNDİR. Özünə doğma bilmədi ürəyi onunla olanı. “ Bu mövzuda istənilən qədər
aforizm, tarixi məlumatlar və örnəklər misal gətirmək olar. Cabir Novruz bir
şeirində yazırdı:-“ Sağlığında qiymət verin insanlara ! “ Bəli, sağlığında qiymət
verilsin. Sağlığında edilməli olanlar həyata keçirilsin, zamanında dəyərləndirilsin.
Təəssüf, minlərcə təəssüf !!! Bunu etmək niyə çoxlarına ağır gəlir, nədən
zamanında oyanmır kor və kar vicdanlar?!
Bu günlərdə şair-publisist Eldar Qəmərli haqqında “ ELDAR QƏMƏRLİ “ kitabı işıq üzü gördü. Kitabın hər sətrində şairin şəxsiyyətinin ucalığı dil açır. “ EVLƏRİ KÖNDƏLƏN YAR “, “AĞACDƏLƏN “, “ ŞİRVAN ŞƏHƏRİ “ və “ NOVELLALAR “ adlı dörd kitab müəllifi olan şairin kitablarının müzakirələri, yaradıcılıq gecəsi sakini olduğu Şirvan şəhərinin möhtəşəm salonlarının, zallarının səhnələrinə heç vaxt yaraşdırılmadı. Fəqət, həmin səhnələrdə bayram tədbirlərində saysız-hesabsız yerli-yersiz müğənnilər dəyər tapdı, yorulmadan alqışlandı! Dəyəri olan unuduldu. Dəyərsizlərin, əlindəki qələmiylə özünü gülünc vəziyyətinə salanların adlarından ağız dolusu danışıldı Şirvan tədbirlərində. Eldar Qəmərli şəhərimizin tarixini, dünənini, bu gününü heç bir çətinliyə baxmayaraq, yazıb nəinki biz şirvanlılara bəxş etdi. Hətta bu kitab vətən tarixinin səhifələrində bütün məqamlarıyla aydınlıq tapan bir nura çevrildi. Fəqət, Şirvanda elə üzdən iraq yazanlara dəyər verildiki, zibil qutusuna atılmağa belə çox olan elə kitablar baş tacı edildi ki... “ QIZIL QƏLƏM “ mükafatı elə qələmi çolağa nəsib oldu ki, Molla Nəsrəddin demiş, bilmirsən ağlayasan , ya güləsən...
M.Hadinin
yazının əvvəlində qeyd etdiyim sözlərində
böyük həqiqət var. Bəzən doğulduğun, yaşadığın, beyninlə, ürəyinlə şərəfinə
bağlı olduğun torpaq edilən
haqqsızlıqla, biganəliklə insana elə yadlaşdırılır ki, SÜRGÜNLƏR belə onun
yanında kölgədə qalır. Bəlkə də ən ağrılı sürgün də elə MƏNƏVİ SÜRGÜNLÜYƏ
MƏHKUM OLMAQDIR!..
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment