Saturday, December 19, 2015

“ KİÇİLTDİ DÜNYA “



Dirisin unudub, ölüsün isə,
Elə təmtəraqla yola saldı ki...
Çiyinlər üstündə gedən hər kəsə,
Lap həsəd apardım, mən də inan ki...

Sağ ikən qıydığı neçə minləri,
Yalnız lal heykəldə diriltdi dünya!
TANRININ əsəri olsa da belə,
Dəyərin qəlblərdə kiçiltdi dünya!

                                 
                            Yaqut Hüseynova

No comments:

Post a Comment