Tuesday, December 22, 2015

“ VALİDEYN ƏLİYLƏ HƏYAT KƏFƏNLƏR! “

Onu sosial şəbəkədən tanıdım. İki qrupu, bir səhifəni uzun zaman birlikdə paylaşımlarla yönləndirdik. Ən əsası avromedia.az saytına atdığı ilk addımlarının şahidi olduq. Çox istedadlı və savadlı bir gənc idi Elcin Orucov Turksoy. Dəyərli DOST idi bizim üçün. Ən böyük arzumuz avromedia.az saytının əməkdaşı olaraq M.Ə.Rəsulzadənin məzarını ziyarət etmək idi... ALLAH sənə rəhmət eləsin, AMİN !


Barı bir arzunu miras qoyardın,
Özünlə apardın ümidimizi !
Gedişin hər kəsin bağrını yardı,
Özünlə apardın ümidimizi !

Sevinclə-kədərin doğmalığını,
Övladı çiynində gedənlər bilər !
Çox zaman bir gəncin cavan çağını,
VALİDEYN ƏLİYLƏ həyat kəfənlər !

-“ XOŞBƏXT OL! “ sözünü deyə bilmədik,
Ahımız söylədi sənə rəhməti !
Odlandı qəlbimiz yenə dinmədik,
HEÇLİKMİŞ dünyanın sirri, hikməti !


                                                               
                                            Dərin ehtiramla:    YAQUT HÜSEYNOVA







No comments:

Post a Comment