-Allah sənə, rəhmət eləsin, deyərək, Molla Nəsrəddin
rəsmə uzun-uzadı baxdı. Heç bir söz demədən, elə hey susdu. Arvadı narahat oldu.
Yaxına gəlib dedi:
-Ay Molla, yenə nə olub, nənən 90 yaşında rəhmətə gedib
də, elə danışdın ki, dedim yəqin çox cavan köçüb dünyadan. Başına xeyir sənin.
Bu gün bütün qəbiristanlıqlarımızda cavan məzarları o qədər çoxalıb ki, tək-tək
yaşlı insanın qəbrinə rast gəlirsən. Və şükr edirsən ki, kimsə nakam getməyib
dünyadan. Amma əslinə baxsan, araşdırsan,
bəlkə də o da nakamdı nə olsun ki, yaşı çoxdu... Eh, sən nə qoyub, nə
axtarırsan, ay Molla...
-Elədir, amma niyə ah çəkməyimin səbəbi var. Vallah, nənəm bir sinədəftər idi. Elə sözü-söhbəti vardı ki, dinləməkdən doymurduq. Ən əsası müsair dünyanın nənələrinə bənzəmirdi. NƏNƏ idi, nənə. Dərd burasındadı. Gözəl atalar sözü və zərb məsəllər bilirdi. Yaddaşımda onun dediyi çox sözlər özünə əbədi yer edib. Amma biri yadımda saxladıqlarımın ən ali mərtəbəsində dayanır. Bax, bunu deyirəm:-“ KÖPƏK səsi gələn tərəfə hər baxdığımda ERMƏNİDƏN başqa kimsəni görmədim. “ Rəhmətlik üçün lap darıxdım. Onun söylədiyi bəzi deyimlərin müasirləşən, avropalaşan dünyamızda, vallah ikinci ünvanı da var. Belə dəyərli sözlərimizin öz ünvanı artıq tamam unudulub, həqiqi anlamından uzaqlaşıb. Deyirdi ki, “ bir qulağın kar, bir gözün kor olsun.” İndi bu sözün aid olduğu ünvan - müxtəlif sahələrdə vəzifədə oturanlarımızdır. Düzdür, əqidəli, ləyaqətli, şərəfli vəzifəli şəxsiyyətlərimiz var, amma çox azdır. Əksi olanlar isə böyük əksəriyyət təşkil edir. Deyirəm, belə “vəzifəlilərimizin” maşallah iki gözü də kordu, iki qulağı da kar. Hərdən adama elə gəlir ki, deyəsən, yazıqlar elə anadangəlmə kar və kordu. Biz isə onlara , çox insafsızcasına “ niyə eşitmirsən “, “ niyə görmürsən “ deyərək haqsızlıq edirik !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment