Bir asiman var... Hər kəsin başının üstündə ülviyyətiylə sonsuza varmaz ! Hər ömrün torpağına ənginliyi yansımaz ! Hər
taleyin gündüzü onun GÜNƏŞİYLƏ, gecələrisə AY-ULDUZUYLA şəfəqlənməz ! Bir
asiman var... Hər könülün torpağına yağmurları can verməz! Hər vicdanın
rahatlığına dönməz mas-mavi rəngi ! Bir asiman var... Hər gözün nuruna nidası
çökməz ! Hər yaradılanı TANRI SEVGİSİNƏ qovuşdurmaz ! O
asiman-YARADANA açılan neçə-neçə əllərdə adımızın ünvanı olan DUALARDIR...
Yaqut Hüseynova
No comments:
Post a Comment