Bəzisi kəfənsiz
və məzarsız ölər. Tanrının əynimizə biçdiyi, həqiqi libasımız olan o ağ
parçadan belə, nəsibini almaz. Əzizlərinin, doğmalarının üstündə ağlayaraq, azacıq
da olsun, təskinlik tapa bilməsi üçün, qara torpaqda bir məzar da qazmağa haqqı
olmaz. Cismi ya sularda bataraq, qurd-quşa yem olar. Ya da itkin yazısıyla
getdiyi bilinməz yollara dikilən ana ürəyində, fəryadlarla oxunar yasini. Yaxud
yanğınlarda kül olaraq, elə yoxa çıxar ki, yaxınlarının qəlbində tapılar,
yanaraq tanınmaz hala düşən cəsədlərinin dözülməz ağrıları...
Bəzisi də
kəfənli, sarayları belə geridə qoyacaq qəbrlərə elə dəm-dəzgahla dəfn edilər ki,
mələklər belə, mat qalar çaşqınlıqdan!
Beləcə, kəfən
və məzar bəzilərinin əbədi səadətinin başlanğıcı olar. Yaşadığı ömründə
vicdanın, insanlığın, ədalətin bir dəfə də nə olduğunu bilməyənlərin isə cəsədini,
məhz onu saran bəyaz kəfəni didim-didim parçalayıb, elə ovuntulara çevirər ki,
qurd-quşa belə ehtiyac qalmaz!!!
Yaqut Hüseynova
No comments:
Post a Comment