Saturday, January 30, 2016

“O” isə DÜNYANI YARATDI YOXDAN!




Dinlərə bölsə də, insan inancı,
Göylərə açılır, hər kəsin əli!
Edilən dualar fərqli olsa da,
Tək ALLAh söyləyir, hamının dili!

Cahillər diliylə arar RƏBBİNİ,
Aşiqsə ruhuyla tapınar ONA!
Dərk edib hikmətin, çözüb səbrini,
Qəlbiylə, beyniylə qapanar ONA!

Ruhunu şeytana satan zamanın,
İnsanı unutmuş TANRINI çoxdan!
YER ÜZÜN məhv edib, ağrıtdıq canın,
“O” isə dünyanı yaratdı YOXDAN!!!


                                
                                         Yaqut Hüseynova






No comments:

Post a Comment