Wednesday, January 27, 2016

"RƏSMLƏR FƏRQLİ"



Rəsmlər müxtəlif, rəsmlər fərqli,
Hərəsi bir anın xatirəsidir.
Həm kədər nidalı, təbəssüm rəngli,
Dayanan zamanın donmuş səsidir.

Bir insan qəlbinin, həm də beyninin,
Gözdəki baxışda çəkilər rəsmi.
Sükutdan su içən dilin, əməlin,
Hay-küyün içində bilinər əzmi!

                                         

                                  Yaqut Hüseynova

No comments:

Post a Comment