Azərbaycan-Ermənistan sərhəddində düşmən təxribatı
nəticəsində, Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçu
Səfərov Nahid Fikrət oğlunun sosial şəbəkədə son paylaşımı, hər kəsi kövrəldib:-“Sən,
yatanda fikirləşirsən ki, sabah 07-ə minəcəm, ya Qalenvagenə. Amma mən yatanda
fikirləşirəm ki, sabaha sağ qalacam, ya yox. (başa düşən düşdü)
Açılan sabahı, gələn səhəri,
Hərəmiz gözləyir, bir arzu ilə.
Gah sevinc gətirib, gah da qəhəri,
Təzadlar içində öyrədər dilə!
Kiminin daha bir əyləncəsinin,
Günahsız qurbanı olar, SABAHLAR!
Bizimçin günəşin şəfəqi çox vaxt,
SƏNGƏRDƏN yollanan SON MƏKTUB olar!
Yaqut Hüseynova
30 yanvar 2016-cı il
No comments:
Post a Comment