Ən gözəl əsər,
yazı, şeir, məhz öz mayasını həyatdan aldığı zaman yaranır. Təsvir və tərənnümdən
həmişə, oxucu qəlbindəki duyğuları daha mükəmməl şəkildə dindirmək üçün istifadə
olunur. Bu günlərdə bir taleyin əzablarının dinləyicisi oldum. Gözəl bir
ananın, dərdli bir qadının yaşadıqları, o qədər mənə təsir etdi ki, “ NÖVBƏ “
adlı şeirim sətirlərə köçdü. Bölüşdüyü əzabları necə, hansı ifadələrlə
danışmışdısa, elə də qeyd etməyə çalışdım...
Həyatda heç zaman üzüm gülmədi,
KƏDƏR növbəsində birinci oldum.
Xoş günü səslədim, hayı gəlmədi,
Baharı görmədən, çiçək tək soldum.
Kədər ürəyimdə xəmir yoğurdu,
Kündəsi gözümdə bərəkət oldu.
Əzablar könlümdə cadar doğurdu,
Taleyim, bilmirəm, hayana yoldu?!
Yaqut Hüseynova
No comments:
Post a Comment