-Maşallah, hər yetənə, hər yoldan keçənə, hər gözdən
itənə sənətkar deyirlər. “SƏNƏTKARdı, sənətkar...” çığırışmalarından, artıq
qulaq belə tutulur. Peşəsindən asılı olmayaraq, səhnələrimiz, meydanlarımız “sənətkar”
larla doludur. Bu minvalla getsə, “sənətkar” əlindən, yer üzündə tərpənmək
olmayacaq. Dərd budur ki, belə uca və gözəl sözü ucuzlaşdıraraq, sənətdən xəbərsiz,
sənəti olmayanlar, məhz bir-birinə deyir. Belələrinin nə sənəti var, nə mənəviyyatı,
nə də əqidəsi... Seçilən sənətdə sənətkar olmaq, insanın özünə və insanlığa
hörmətindən irəli gəlir. İndi özünə hörmət edənləri saymaq üçün, vallah, yalnız
iki əlin barmaqları yetir. Üstəlik başladığın say bitir, ancaq barmaqlarının
çoxu saya gəlmək səadətini yaşamır... Problemin ən dəhşətli məqamı da budur ki,
cəmiyyətin qulaqları bu cür “varlıqların” vicdan və zəhmətlə cilalanmayan
“çağırışlarını” daha çox dinləyir. Bu “çağırışların” “göstərdiyi istiqamətlə”
“yolu tanıyaraq”, ünvana çatmağa can
atır. Mənəviyyatının alın təriylə qabarlanan, ilahinin nuruyla işıqlanan, eyni
zamanda yeri-göyü “OYAN, DUY, İBRƏT AL!” nidaları ilə lərzəyə gətirən səsləri
isə eşitmir!
Və son nəticə
də, bu düşüncədə nöqtələnir:-“SƏNƏTKAR yox, SƏNƏTİ KARLAR cəngəlliyinin vəhşiləşmiş,
azğınlaşmış simaları!!!”
Yaqut Hüseynova
No comments:
Post a Comment