“ ŞƏHİDLƏR XİYABANI, yalnız faciə günlərində gedilən yol deyil. “
“ Gənclikdə görmədiyin, səsinə qulağını kar etdiyin HAQQI, illər sonra ulasan da tapa bilməyəcəksən. “
“ Hər uğur hekayətinin, uğur əhvalatının təməlində
həyata keçməyən bir ARZU dayanır. “
“ XOŞBƏXTLİK-mənən və fizikən aldığımız rahat nəfəsin
VƏHDƏTİNDƏN başlayır.”
“ Cəmiyyətin xəstə və cahil düşüncəsin, yanaşmasın,
diktəsin dinlədinsə ÖZÜNÜ UNUT, daha doğrusu, DİRİ-DİRİ İÇİNDƏ DƏFN ET ! “
“ GÖZƏLLİK-insanın ruhundan başlamalıdı. Ruhu zülmət
olanın zahiri heç bir zaman işıq saça bilməz. “
“ Bəzən yol eyni olur. Amma istiqamət fərqli.
İnsanları bir-birindən uzaqlaşdıran ya QÜRURU, ya da FƏRQLİ DÜNYAGÖRÜŞLƏRİ
olur. “
“ FİZİKİ YORĞUNLUQ keçər, yaralar sağalar izi qalsa
da. YORULMUŞ və YARALANMIŞ RUH isə dincliyini heç vaxt tapmaz. “
“ İnsan düşmən danışanda, dostlar susanda daha
güclü olur. “
“ QƏLƏMİ-əlinlə deyil, ürəyinlə tut, ruhunla duy. “
“ Əsl səadət odur ki, həyatında şirin nağıllarını vərəqləyən
bir mələyin var... “
“ Hər fəslin öz gözəlliyi var; öz istisi, öz küləyi,
öz yağmuru, öz nəfəsi, ən əsası öz GÜNƏŞİ var.”
“ Əqidən dəyişirsə, deməli İNSAN deyilsən. VARLIĞIN
Yer Üzündə sadəcə say artımının göstəricisidir.”
“ Bir cəmiyyəti məhv etmək istəyirsənsə, DİNİNİ şəkilləndirərək
hissələrə böl. Bu hissələrin yenidən heç bir zaman BÜTÖVLÜYÜ olmayacaq. “
“ Əyləncə gözəldir. Amma əyləncə o zaman daha gözəl
olur ki, onun içində bilgi və məlumatlandırma var. “
“ İctimai mühit hər bir yerin, ölkənin, şəhərin
varlığının əlifbasını tanıdır hər kəsə. Bu əlifba elə mükəmməl qurulub ki, hərfləri
olduğu kimi ifadə edir görüntü və yanaşmaları. Nə qədər mübaliğələrdən istifadə
olunsa da.”
“ Nə istifadə et, nə də istifadə olunmağına izn ver.
Özünü yaratmaq istəyirsənsə, bunu bacarmalısan. Yoxsa, üzsüz cəmiyyətin
kopyalarından birinə dönərsən. “
“ UĞUR- zəhmət və məsuliyyətin nəticəsidi. Təəssüf
ki, zəhməti başqasının olanları öz uğuru sayanlar da var. Bu uğur deyil, mənəvi
axsaqlığınız və ən böyük məğlubiyyətinizdir! “
“ Vəzifə insanın dəyərli və savadlı olduğu anlamına
gəlmir. Kimi vəzifəsinə görə hörmətli olur. Elə vəzifələr də var ki, ona sahib
olanlara görə dəyərlidir.“
“ Ustadının, böyüyünün dəyərini bilməyən gəncliyin
atdığı addım hər an büdrəyər, SABAHLARI isə heç vaxt böyüməz. “
“ Yaxşılıq adlar hallansın deyə yox, insanlıq naminə
edildiyi zaman uğurlu olar. “
“ Qələmin ucu və dəftərin sətirlərindən başlayır
yenilməzliyin gücü. “
“ Zəhmətlə qazandığın uğur günəş tək şəfəqlərinə
boyayar addımlarını. Vasitələrlə əldə edilənlər isə kölgə damğasını vurar
adına. “
“ Altı şəxs əvəzliyi olsa da, təəssüf ki, çoxunun
tanıdığı “MƏN” di, daha doğrusu, MƏNƏMLİKDİR!!! BİZ varlığını var etmək bu qədərmi
çətindir ?! “
“ Əzib keçmək, tapdayıb irəliləmək... Bunu həyat tərzinə,
vərdişə çevirənlər unutmasınlar ki, əzib keçdikləri, tapdadıqları ayaqlarını
yox, vicdanlarını elə parçalayar ki, atdığı hər addım ƏQİDƏSİ AXSAĞIN izi kimi
tanınar. “
“ Vəzifəni itirmək qorxusuyla boğulan, miskinləşən “
mənliklərə “ nifrət etmək də çoxdur. Çünki nifrətin özündə də bir QÜRUR var.
Onlara yazığım gəlir. “
“ Kökündən ayrılan çıxdığı yolda nə irəli gedə bilər,
nə də geri qayıdar. “
“ Sətirlərində ruhunu baş sağlığı və itkilərə öyrətdiyimiz
VƏTƏN... “
“ Adı yox, özü “ODLAR YURDU” na dönən VƏTƏN “
“ Musiqinin hopmadığı nə yazı, nə də söz təsirli
ola bilməz. Heç bir ürəkdə o doğmalıq tapa bilməz.“
“ Yaralara duz axtaranlardan yox, məlhəm edənlərdən
olaq. “
“ Yarımçıq yazılar qədər ağrılı məqam yoxdur qələm
sahibi üçün. Bitirmək istəsən belə çox vaxt bitirə bilməzsən yazdığını. İstədiyin
nəticəni almaq üçün bəzən aylar, hətta illər keçər...”
“ ZƏHMƏT-ruhun ətridir. “
“ Ömür illərlə pillələnir, illərsə HƏDƏFLƏRLƏ dəyər
tapır. “
“ HƏYAT-iki fərqli qolda tarazlanan bir təzaddır. “
“ YER KÜRƏSİNİ çox vaxt MARS planetinə bənzədirəm.
Marsda su və torpağın qalıqlarına rast gəlindiyi kimi, yer üzündə də İNSANLIĞIN
qalıqlarını görmək mümkündür. “
“ Bir insanı məhv etmək istəyirsənsə, yalnız və
yalnız onun RUHUNU öldür! Bir də unutma, RUH əqidəli insanlarda olur, VİCDANI
KƏMLƏRDƏ YOX ! “
“ Axının əksinə getmək... İnsanın əksinə getməyinə
səbəb, ədalətsizlik və haqsızlıqlardan qaçaraq aradığı həqiqətdə yox olmaq istəməsidir.”
“ İNAM və GÜVƏN ümidlərin doğrulduğu zaman
yaranar.”
“ İrəli getmək və özün olmaq istəyirsənsə, ayağına
dolaşan sarmaşıqlara addımını tanıtmağı bacarmalısan ! “
“ Səhvə öyrəncəli addımların yolları da haçalı
olar. “
“ Məhz valideyn sevgisi və nəvazişi övladı həyatda
yönləndirir. “
“ Sınan ürəyin memarı yoxdur . “
“ Qarşındakına bəslədiyin hörmət özünə hörmətdən
qaynaqlanır. “
“ Kimsəni özün kimi düşünmə, çünki çox vaxt fədakarlıq
bədbəxtliyə gedən yolun başlanğıcıdır. “
“ Nadanlığa qarşı elm əlində qılıncın, ağılsa
qalxanındır. “
“ Hər danışılan yalan qədər, hər atılan iyrənc
addım qədər daxili və xarici simanı eybəcərləşdirən ikinci bir şey yoxdur. “
“ Tənqidlərin də səmimi və qeyri-səmimisi olur,
TƏRİFLƏR KİMİ. “
“ Bəzən böyük əksəriyyət var olduğunu zənn edir,
amma dərk etmir ki, “ belə var olma “ yuvarlandığı, yaxud yuvarlanacağı
HEÇLİKDƏN başqa bir şey deyil. “
Yaqut
Hüseynova
No comments:
Post a Comment