Qəlbimdə bil , artıq yeri qalmayıb ,
Sevgiylə andığım adının belə !
De , niyə , bu qədər yaşananları ,
Çevirdin nifrətə , sən bilə - bilə !
Bacarsan , bağışla , acı dilimi ,
VARLIĞIN - ömrümün hədiyyəsidi !
Qırsan da , nə qədər mənim qəlbimi ,
SAĞLIĞIN - arzumun , inan bəsidi !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment