Bir körpə böyüyür . Gülüşlərini əhatələyən acılardan xəbərsiz . Gülər
dünyaya . Təbəssümüylə , şıltaqlığıyla , dəcəlliyilə , şirin qığıltılarıyla
danışar arzularından , sevgisindən . Böyüyür damla - damla hər gün
gözümüzün önündə . Boy atır , rəngli dünyasında . Gah ağlar , gah gülər ,
gah da şikayətlənər hər şeydən . Böyüyər sevgiylə , ümidlə , sonsuz
dualarda dil açar baldan şirin sözləri . ƏFSUS ! Atdığı hər addımda
donar dilə gələn sevinc nəğməmiz . Yaşayar öz dünyasında . Körpə
təxəyyülü ilə dərk etməyə çalışar gördüklərini . Bəzən sakit - sakit
dayanar , bəzən də şirin ləhcəsində " ah " çəkər . Dağları əridər
onun sükutu , göylər də susar günahkarlar tək , ulduzlar qadasın alar
öz nuruyla . Günəş əzizlər istisiylə , Ay gecələrinə nağıllar danışar .
Ovutmağa çalışar gözlərindəki həsrəti ... Amma ... Amma yetməz bütün
bunlar onun gözlərindəki özündən xəbərsiz olan " ata " kəlməsinin
yoxluğunu unutdurmağa . Yanar qəlbimiz , bu ağrıyla gülərək yaşayıb ,
heç nə olmamış kimi davranarıq . Yalnız o körpənin xatirinə ...
Oyuncaqlarıyla oynadığı zaman belə gözləri yol çəkər , uzun - uzadı
qapıya dikilər . Sanki duyurmuş kimi, dərk edirmiş kimi olanları .

Bu mənzərə cəhənnəm odundan betər . Günlərlə xəstə yatar ,
ürəyimizi ayağının altına döşəsək də , gözlərinin dərinliyində gizli
həsrət dillənər . " ATA " adına layiq olmayan birinə ünvanlanmış
" ATA " kəlməsi !.. TANRI sevgisiylə bəzənən gülüşlərində dünyamıza
güc gələr , həyatımıza məhəbbət çökər , aldığı hər nəfəsində yaşayarıq .
Bapbalaca əllərindən tutub birgə addımlayarıq , ümid dolu sabahlara
doğru ... ƏFSUS , yer üzündə eyş - işrətə satılmış milyonlarla körpə
var . Belə valideynlərə söylənəcək yalnız bir söz var , o da LƏNƏT !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment