Təsadüf üz - üzə gətirdi bizə ,
Beləcə tanıdıq bir - birimizi ...
Ürəkdə iz salan öz yerimizi ,
Bəs niyə , yox etdik biganələr tək !
Bəzən bir dost kimi güldük , danışdıq ,
Bəzən də inciyib , küsüb , barışdıq ,
Ən gözəl duyğulu yolları aşdıq ,
SEVGİSİN gizlədən divanələr tək !
Bir payız günündə başladı , amma ,
Çevrildi nağıla , dönüşdü kama .
Çox sevdim , bağlandım , məni qınama ,
SÜKUTUM danışdı viranələr tək !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment