Tuesday, November 18, 2014

" DÜŞÜNCƏLƏRİM "

" Axının    əksinə   getmək ...  İnsanın   axının   əksinə   getməyinə   səbəb ,  ədalətsizlik   və   haqsızlıqlardan   qaçaraq ,   aradığı   həqiqətdə   yox   olmaq   istəməsidir . "


" İNAM    və  GÜVƏN    ümidlərin    doğrulduğu   zaman    yaranır . "


" İrəli    getmək    və   özün   olmaq   istəyirsənsə ,  ayağına    dolaşan   sarmaşıqlara    addımını   tanıtmağı    bacarmalısan ! "


" SƏHVƏ   öyrəncəli     addımların    yolları   da   haçalı   olar ! "


" Məhz    valideyn   sevgisi    və    nəvazişi ,   övladı    həyatda   yönləndirir . "


" Sınan   ürəyin   memarı   yoxdur . "


" Nadanlığa    qarşı   elm   əlində   qılıncın ,  ağılsa   qalxanındı ."


" Kimsəni   özün   kimi  düşünmə ,  çünki  çox   vaxt    fədakarlıq   bədbəxtliyə   gedən    yolun başlanğıcıdır . "


" Qarşındakına   bəslədiyin   hörmət ,  özünə   hörmətdən   qaynaqlanır . "


" İmkansız ,  lakin   istedadlı   insanlara    dayaq   olanlar ,  sağ    ikən   şəhidlik   zirvəsinə   ucalanlardı . Onların   bu    əməli   susuzluqdan   yanan   pöhrə   bir    ağaca   tökülən    su   kimi    ucadır . "



                                          YAQUT     HÜSEYNOVA

No comments:

Post a Comment