( Yazı 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunub )
Kimisi həyatda addımlarıyla qısaldar yolları , onlarsa əlil arabasında
keçər həyatın enış və yoxuşunu ! Kimisi bilərəkdən eşitmək istəməz
təbiətin ən gözəl səslərini , onlarsa eşitməsini təmin edən aparatla
dinlər AZAN səsini ! Kimisi hər iki əliylə çirkaba bulaşar , onlarsa
iflic olmuş , hərəkətini itirmiş əlləriylə insanı heyran qoyan gözəllikləri
yaradar ! Kimisi gözlərindəki nuru çirkinliyi görməyə xərcləyər ,
onlarsa gözlərindəki zülmətdə aydınladar ətrafını ! Kimisi dilinə nifrəti ,
haqsızlığı yansıdar , onlarınsa lal harayında şükranlığının sevinci duyular !
Millət vəkili Qənirə Paşayevanın yazılarının birində " dünyanın yeddi
möcüzəsi " adlandırdığı duyğuları kimisi sahib olduğu halda yox edər ,
onlarsa taleyin amansız hökmüylə məhrum olsalar da , saf niyyətli
məqsəd və məramıyla var edər !
məqsəd və məramıyla var edər !
əngəlinə çevrilməməlidir . Çünki istər fiziki məhdudiyyətli , istərsə də fiziki
cəhətdən sağlam insanları həyata bağlayan ümid və inamdır . Sadəcə bu
iki amilin daşıdığı məqam fərqlidir . Həyatda mümkünsüz heç nə yoxdur .
iki amilin daşıdığı məqam fərqlidir . Həyatda mümkünsüz heç nə yoxdur .
Ağıl , zəka , zəhmət və göstərilən səylərdən qaynaqlanır nəticələr . Tarixə
nəzər salanda böyük nailiyyətlərin bir qisminin fiziki məhdudiyyətli
insanlar tərəfindən yazıldığını görmək mümkündür . Məsələn ,
" BRAYL " yazı sistemini ( gözdən əlil insanlar üçün nəzərdə tutulmuş
yazı ) yaradan , məhz bu fiziki məhdudiyyəti yaşayıb . Dünya şöhrətli
bəstəkar Ludviq Van Bethoven eşitmə əngəlli olmasına baxmayaraq ,
şedevr əsərləri notlara köçürüb . Bu siyahını davam etdirmək də
olar . Məqsəd , mənəvi , elmi , ictimai nailiyyətin , özünütəsdiqin ,
yüksəlişin əngəl tanımadığına diqqəti yönəltməkdir . Bu gün dünyada
milyonlarla fiziki məhdudiyyətli insan var . Onların cəmiyyətə yenidən
inteqrasiyasının , sağlamlıq və hüquqlarının müdafiə olunması istiqamətində
beynəlxalq səviyyədə qanun və iş planı işlənib hazırlanmışdır . Cəmiyyətin
həssas qəlbli üzvləri olan bu insanlara qayğı , mənəvi dəstək dinindən ,
irqindən asılı olmayaraq hər kəsin vicdan borcudur .
İLHAM ZƏKİYEV ... İki dəfə paralimpiya , iki dəfə dünya çempionatında ,
beş dəfə Avropa birinciliyində qızıl medal qazanmış bu idmançımız
Qarabağ uğrunda gedən döyüşlərdə ağır yaralanaraq , gözləri dünya
işığından məhrum olsa da , əzmi , həyatsevərliyi ilə daha böyük
qələbələrə doğru irəliləyir . Onun yetişdirdiyi tələbələr neçə - neçə idman
uğurlarımızın yazılacağı nurlu sabahlardı ! Deməli , hər şey insanın
öz əlindədir . Düşüncələrimizlə , həyata baxışlarımızla , hər halımızla Allaha
şükür edərək , özümüzə inanaraq addımlamalıyıq . Bu gün internet tv
şəbəkəsi olan ARABAÇI TV bir daha sübut etdi ki , məqsəd əngəl
tanımır !

3 dekabr Beynəlxalq Əlillər günüdür . Yazıma ən gözəl sonluq ola biləcək
məşhur motivasiya mütəxəssisi Nicholac Vujicicinin bir fikriylə bitirmək
istəyirəm . O deyirdi :
məşhur motivasiya mütəxəssisi Nicholac Vujicicinin bir fikriylə bitirmək
istəyirəm . O deyirdi :
- " Niyə məni belə yaratdın ?
Tanrıdan cavab gəldi :
- Mənə güvən ! "
YAQUT HÜSEYNOVA
( P.S. Sevinirəm ki , tələbə vaxtı Naxçıvan MR - də yerləşən Gözdən Əlil
Uşaqlar üçün olan xüsusi tipli məktəblə könüllü müəllimə kimi iki il
əməkdaşlıq etmişəm. )
( P.S. Sevinirəm ki , tələbə vaxtı Naxçıvan MR - də yerləşən Gözdən Əlil
Uşaqlar üçün olan xüsusi tipli məktəblə könüllü müəllimə kimi iki il
əməkdaşlıq etmişəm. )
No comments:
Post a Comment