Son qış günü yağırdı ,
Hər tərəfə bəyaz qar .
Kimsə çöldən çağırdı ,
Çox sevindi uşaqlar .
Çölə çıxıb gördülər ,
Şaxtababa gəlibdi .
Hey , şənlənib güldülər ,
- YOLKAMIZ bəzənibdi !
Keçib gəldiyi yolu ,
Bir - bir nağıl elədi .
Şaxtababa hər kəsə ,
Xoşbəxt həyat dilədi .
Bir əfsanə danışıb ,
Körpələri əylədi .
Fikir dağından aşıb ,
Şaxtababa söylədi :
- " Dava olan çox eldə ,
Səadəti görmədim.
Didərgin uşaqların ,
Könlün ala bilmədim .
TANRIYA yalvarıram ,
Körpə gözü dolmasın !
İli yola salıram ,
Daha dava olmasın ! "
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment