- Söylə , baba , güllər kimin ?!
- Bahar donlu çəmənlərin !
- Qopuz çalan əllər kimin ?!
- Oğuz adlı ərənlərin !
- Üstü şehli yarpaq kimin ?!
- Ağacdakı budaqların !
- Qartal adlı qoçaq kimin ?!
- Uca - uca mərd dağların !
- Söylə , baba , torpaq kimin ?!
- Torpaq - onu əkənindir !
- VƏTƏN odlu ocaq kimin ?!
- VƏTƏN - onu sevənindir !
- Bəs etibar , vəfa kimin ?!
- Elə sirdaş olanların !
- Cənnət kimi səfa kimin ?!
- Zəhmətdən zövq alanların !
- Alov dilli işiq kimin ?!
- Gözümüzün süvincidi !
- Qorqud sazlı aşıq kimin ?!
- SÖZ yurdunda bir incidi !
- Barış kimin , dava kimin ,
- Haq - nahaqqın axır sözü !
- Udduğumuz hava kimin ?!
- Dörd ünsürdü həyat özü !
- Dünya kimin , məşhər kimin ?!
- Bağışlayan TANRIMIZIN !
- Xeyir kimin , bəs şər kimin ,
- TƏZADIDIR dünyamızın !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment