Beşiyin başında bir gün söylənən ,
Arzuya , duaya , sevincə dönən ,
Zamanı çatanda dildə göynəyən ,
Demək ki , borc verir laylanı ana !
Qolları üstündə bizi uyudan ,
Hər səhər oxşaraq bizi oyadan ,
Sevincdən yaranıb , qəmə qayıdan ,
Demək ki , borc verir laylanı ana !
O şirin laylanın həzin nəğməsi ,
AZAN tək könlündə ucalar səsi ,
Anılar sətrində sözü , kəlməsi ,
Demək ki , borc verir laylanı ana !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment