Əsirgəməz mərhəmətin ,
Yer üzündən Uca ALLAH !
Günəş etdi məhəbbətin ,
Bu dünyaya Uca ALLAH !
Yazdı alın yazısını ,
Etdi ulduz ziyasını ,
Namərdlərin cəzasını ,
Verdi hər an Uca ALLAH !
Çeşmələrin suyu duru ,
SEVGİ - qəlbin saf bülluru ,
Gecəmizə aylı nuru ,
Bəxş elədi Uca ALLAH !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment